30 
Nybr
2021
10:59
1065

Nino Lomgaria: "Biz ABŞ-da Mixeil Saakaşvilinin işi ətrafında baş verənləri müzakirə etdik və..."

"Biz ABŞ-da Mixeil Saakaşvilinin işi ətrafında baş verənləri müzakirə etdik və qeyd etdim ki, onların Xalq Müdafiəçisi mövqeyinə açıq dəstəyi olmasaydı, biz bu gün ölkə və cəmiyyət olaraq çox çətin vəziyyətə düşə bilərdik".

InterPress.ge xəbər verir ki, bunu ABŞ-da səfərdə olan Gürcüstanın Xalq Müdafiəçisi Nino Lomgaria deyib. 

O, həmçinin Gürcüstanda demokratiyanın tənəzzülünü istisna etməyib.

"Əsas tələb və mesaj ondan ibarətdir ki, Gürcüstanda demokratik proseslərin inkişafına birgə töhfə verə bilmək üçün xüsusilə mediadan, hüquq müdafiəçilərindən, demokratiya tərəfdarı təşkilatlardan və müstəqil institutlardan daha çox dəstəyə ehtiyacımız var. Təəssüf ki, mənim fikrimcə, bu proses son illərdə o tempdə getmir və demokratiyanın tənəzzülündən danışa bilərik", - deyə o söyləyib. 

Məlumat üçün bildirək ki, ombudsman Vaşinqtona işgüzar səfəri çərçivəsində ABŞ Dövlət Departamenti, Konqres və hüquq müdafiəçisi təşkilatlarının nümayəndələri ilə görüşlər keçirir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər