30 
Nybr
2021
11:56
1110

Kvemo Kartili qubernatoru dəyişdirilir

Kvemo Kartili qubernatoru Şota Rexviaşvili istefa edəcək.

Bu barədə InterPress.ge etibarlı mənbədən məlumat alıb.

Əldə olunan məlumata görə, yeni qubernator  Giorgi Doxturişvili təyin ediləcək. Onun sabah rəsmi olaraq təqdim olunması gözlənilir.

Qeyd edək ki, G. Doxturişvili üç aydan artıqdır ki, Kvemo Kartili qubernatorluğunda müavin olaraq işləyir.

 

Giorgi Doxturişvili haqqında məlumat:

Doğum tarixi: 09.03.1988

Təhsil müəssisəsi: Gürcüstan Dövlət Aqrar Universiteti

İxtisas: Aqronom

İş / Vəzifə

2021- indiyə qədər – Kvemo Kartili qubernatorunun müavini.

2017/2021 - Tbilisi Bələdiyyəsinin VI çağırış Şəhər Şurasının üzvü.

2014/2017 - Tbilisi Bələdiyyəsinin Samqori Rayon İdarə Heyəti - Üçüncü Massivin Məntəqə Şöbəsinin rəisi.

2013/2014 - Tbilisi Şəhər Şurası - Beynəlxalq Əlaqələr Komissiyasının aparıcı mütəxəssisi.

2013/2014 - Tbilisi Şəhər Şurası - İqtisadi İnkişaf, İnvestisiya Siyasəti və Beynəlxalq Siyasət Komissiyasının aparıcı mütəxəssisi.

2010/2013 - Tbilisi Şəhər Şurası - İnsan Hüquqları və İctimai Əlaqələr Komissiyasının aparıcı mütəxəssisi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər