01 
Dek
2021
15:55
945

Vahid Milli Hərəkat partiyası aksiya elan etdi

Vahid Milli Hərəkat keçmiş prezidentin məhkəməsi ilə paralel olaraq sabah, dekabrın 2-də şəhər məhkəməsi qarşısında Mixeil Saakaşviliyə dəstək üçün növbəti aksiya keçirəcək. 

InterPress.ge xəbər verir ki, aksiya saat 11:00-da başlayacaq.

Vahid Milli Hərəkat Partiyasının üzvü Baço Dolidzenin dediyinə görə, aksiya dinc xarakter daşıyacaq. Dolidze aidiyyatı qurumları asayişi qorumağa, etirazçılara və mediaya qarşı təxribat xarakterli hərəkətlərə əl atmamağa çağırıb.

"Sabah saat 11:00-da Gürcüstanın üçüncü prezidentinə dinc formada dəstəklərini bir daha ifadə etmək üçün tərəfdarlarımızı Şəhər Məhkəməsi qarşısında gözləyirik və təbii ki, bu, siyasi məhkəmə sisteminə etiraz olacaq. Ən əsası, Daxili İşlər Nazirliyini və DTX-ni təxribatçıları və siyasi fəaliyyətlə məşğul olan polis əməkdaşlarını gətirməməyə çağırırıq, çünki həm medianı, həm də dinc nümayişçiləri təxribata təhrik etmək üçün hər şey edirlər. Hamımızın sakit olmağımız çox vacibdir. Biz əlimizdən gələni edəcəyik ki, oxşar təxribatçıları aşkar edək və Daxili İşlər Nazirliyinin nümayəndələrinə göstərək, lakin Daxili İşlər Nazirliyinin nümayəndələri siyasi bəyanatlardan maksimum çəkinsinlər, bunlar əvvəlki məhkəmə prosesində dəfələrlə səsləndirilirdi", - deyə Dolidze söyləyib.

Bizimlə əlaqə saxlayın