01 
Dek
2021
16:01
410

Qiqi Uqulava 3000 lari cərimə qarşılığında azad edildi

Tbilisi Şəhər Məhkəməsi müxalif siyasətçi Qiqi Uqulavanı inzibati xəta törətmiş şəxs kimi tanıyıb.

InterPress.ge xəbər verir ki, Uqulava 3000 lari cərimə qarşılığında azad edib.

Bu gün keçirilən prosesdə Uqulavanın saxlanılmasında iştirak edən iki hüquq mühafizəçisi dindirilib. Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, Uqulava onları “it” adlandırıb və yolun boşaldılması ilə bağlı qanuni tələbi yerinə yetirməyib. Uqulavanın sözlərinə görə, o, hüquq mühafizəçilərini şəxsi təhqir etməyib.

Bizimlə əlaqə saxlayın