Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Eduard Saakaşvili: "Yaxın gələcəyə ümid edirəm"

1,677
Eduard Saakaşvili: "Yaxın gələcəyə ümid edirəm"
Dinləmək üçün basın

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilini böyük oğlu Qori Hərbi Hospitalında ziyarət edib.

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilini böyük oğlu Qori Hərbi Hospitalında ziyarət edib.

InterPress.ge xəbər verir ki, Eduard Saakaşvili görüşdən sonra jurnalistlərə açıqlama verib.

Onun dediyinə görə, zəifliyinə baxmayaraq, Mixeil Saakaşvili sabahkı məhkəmə prosesində iştirak etmək istəyir.

“Zəiflik müşahidə olunur, lakin o, psixoloji olaraq yaxşıdır, prosesdə iştirak etmək arzusundadır və bu imkana sahib olacağına böyük ümid bəsləyirəm”, - Eduard Saakaşvili bildirib.

Üçüncü prezidentin oğlu atası ilə siyasətlə bağlı danışmadığını deyib.

"Bu, xoş görüş oldu və mən yaxın gələcəyə ümid edirəm. Biz siyasətdən danışmadıq", - Eduard Saakaşvili deyib.

 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →