01 
Dek
2021
18:45
1724

Mixail Saakaşvili müraciət yaydı

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili Qori Hərbi Hospitalından növbəti müraciətini yayıb.

InterPress.ge xəbər verir ki, M. Saakaşvili məhkəməyə yazılı müraciət edib.

Eks-prezident məhkəməni avadanlığı olmayan jurnalistlərin də prosesdə iştirakına icazə verməyə çağırır.

"Jurnalistləri məhkəmə zalında görmək mənim üçün çox vacibdir. Amma bu dəfə məhkəməyə müraciət edirəm ki, istənilən siyasi cərəyandan olan jurnalistləri hətta avadanlıqsız da məhkəmə zalına buraxsınlar, bu tarixi biabırçı prosesi öz gözləri ilə görsünlər.”, - Mixail Saakaşvili yazıb.

Bizimlə əlaqə saxlayın