Qiorqi Dğemaladze ikinci dəfə Tbilisi Şəhər Şurasının sədri seçilib.
InterPress.ge xəbər verir ki, iclasda 43 deputat iştirak edir, onlardan 27-si Dğemaladzenin namizədliyini dəstəkləyib, 1-i bitərəf qalıb, biri isə əleyhinə çıxıb.
VII çağırış Tbilisi Şəhər Şurası öz səlahiyyətlərini icra etməyə başlayıb.
“Gürcüstan Naminə” partiyasının və “Milli Hərəkat”ın nümayəndələri etiraz əlaməti olaraq iclas zalını tərk ediblər.
“Gürcü Arzusu” Tbilisi Şəhər Şurasında 29, “Milli Hərəkat” 13, “Gürcüstan Naminə” 4, “Lelo” 2, Ana Dolidzenin “Xalq Naminə” partiyası isə bir deputatla təmsil olunur.
