04 
Dek
2021
22:01
5979

Mixail Saakaşvili azərbaycanlılara məktub ünvanlayıb, bu sözləri yazdı - FOTO

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili azərbaycanlılara məktub ünvanlayıb.

ImterPress.ge xəbər verir ki, sözü gedən məktubu Vahid Milli Hərəkat partiyasının üzvü Rəfi Orucov paylaşıb.

Məktubda qeyd olunanı olduğu kimi təqdim edirik:

"Mənim əziz və sevimli azərbaycanlı həmvətənlilərim .

Mən sizi salamlayıram, dəstəyinizə və mənim azadlığım üçün təşkil olunan aksiyalarda iştirakınıza görə, sizə öz təşəkkürümü bildirirəm. Mən sizi çox sevirəm, mən sizi Gürcüstanın böyük xəzinəsi hesab edirəm. 

Sizin və gürcü xalqının köməyi ilə mən mütləq azad olacağam, biz birlikdə ümumi vətənimizi xilas edəcəyik, haradaki, hər kəs qorunacaq, çiçəklənəcək, və heçkəs sizə haqsızlıq edə bilməyəcək. 

Sevgi və hörmətlə, sizin dostunuz və 3-cü prezidentiniz Mixeil Saakaşvili", - deyə məktubda qeyd olunur.

Bizimlə əlaqə saxlayın