Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Xazaradze: "Ölkənin gələcəyi koalisiyadır"

523
Xazaradze: "Ölkənin gələcəyi koalisiyadır"
Dinləmək üçün basın

Milli Hərəkatda gələcəyə sahib olmağa layiq bildiyim insanlarla ünsiyyətim, tərəfdaşlığım var. Bu, Nika Melia, Xatia Dekanoidze və bir neçə başqasıdır.

Milli Hərəkatda gələcəyə sahib olmağa layiq bildiyim insanlarla ünsiyyətim, tərəfdaşlığım var. Bu, Nika Melia, Xatia Dekanoidze və bir neçə başqasıdır.

InterPress.ge xəbər verir ki, bu barədə  “Lelo”nun lideri Tbilisi Şəhər Məhkəməsində jurnalistlərə sualı cavablandırarkən bildirib.

Xazaradzenin sözlərinə görə, bütün partiyalarda yaxşı və pis var və ölkənin gələcəyi koalisiyadadır.

Mamuka Xazaradze əvvəlki hakimiyyət dövründə ona qarşı olan işlərdən danışıb.

“İndi bu gün hakimiyyətdə olanların əvvəlki hakimiyyətin hər şeyini qara rəngdə görmək dəb halını alıb, amma mən şəxsən əvvəlki hakimiyyət dövründə iki çox ciddi işdən keçmişəm. Elə bir vaxt olub ki, yeni hökumət mənə və Badri Caparidzeyə gələn kimi Borjomi şirkətinə, konkret olaraq mənə qarşı cinayət işi başlanıb. Orada da ittiham absurd idi ki, niyə 365 gün zavodu işlətməmişik. Bu iş illərdir davam edir, bizi çağırıb dindirirlər. İkinci ittiham isə ailəmə Çixisciridə torpaq sahəsi aldığım zaman idi ki, o zaman yüksək vəzifəli dövlət məmurunun marağında olduğu üzə çıxdı və onlar məni təqib etməyə başladılar. 
Məni Tbilisi Prokurorluğuna çağırdılar. Bu, 2005-ci ildən 2012-ci il seçkilərinə qədər olub və nə qədər təəccüblü olsa da, mən bu işi qazandım. Mən Kobuleti məhkəməsinə getdim, apellyasiya və ali məhkəmələri uddum və möcüzə baş verdi. Mən bu işi udanda torpaq başqasının adına verildi", - Xazaradze bildirib.
O,  “Milli Hərəkat”la ünsiyyətlə bağlı sualı cavablandırıb.

Sizə demək istəyirəm ki, “Milli Hərəkat”da gələcəyi olmağa layiq bildiyim insanlarla ünsiyyətim, tərəfdaşlığım var. Bunlar Nika Melia, Xatiya Dekanoidze və bir neçə nəfərdir. Bu ölkəyə qarşı hər hansı zorakılıq, haqsızlıq edən insanları görməyəcəksiniz. Ona görə də biz bu ölkənin gələcəyini düşünməliyik və ölkənin  gələcəyi koalisiyadır, bütün partiyalar yaxşı-pisdir. Biz müsbət qüvvələr toplamalı və irəli getməliyik”, - Xazaradze bildirib

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →