08 
Dek
2021
20:45
614

Gömrük keçid məntəqələrində qanun pozuntusu aşkarlandı

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin “Sarpi”, “Batumi Hava Limanı” və “Sadaxlo-Avtomobil” gömrük keçid məntəqələrində 3 qanun pozuntusunun qarşısı alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Maliyyə Nazirliyinin Gəlirlər Xidməti yayıb.

Onların sözlərinə görə, gömrükçülər Gürcüstan, Ermənistan, Türkiyə və Türkmənistan vətəndaşlarına həm fiziki, həm də baqajlarına baxış keçiriblər və onların üzərində bəyan olunmayan qızıl-zinət əşyaları və qiymətli daşlar aşkar edilib. Xüsusilə diqqətçəkən məqam Batumi hava limanında Türkmənistan Respublikası vətəndaşının gömrük nəzarətindən 47 377 lari dəyərində qızıl əşyalar keçirməyə cəhd etməsi faktıdır.

Bəyan edilməmiş malların ümumi gömrük dəyəri 56 348,51 lari təşkil edib.

“Gürcüstan Gömrük Məcəlləsinin 168-ci maddəsinin I hissəsinə əsasən, qanun pozuntusuna yol vermiş Türkiyə və Gürcüstan vətəndaşları ümumilikdə 8971,51 lari məbləğində cərimə edilib və iş Maliyyə Nazirliyinin İstintaq Xidmətinə verilib”- məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın