08 
Dek
2021
22:46
332

Daxili İşlər Naziri Ermənistanın polis rəisini qarşılayıb

Ermənistan Respublikasının polis rəisi - Vahe Qazaryan nümayəndə heyəti ilə birlikdə Gürcüstanın Daxili İşlər Nazirliyində rəsmi səfərdə olub.

InterPress.ge DİN-ə istinadən xəbər verir ki, Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri Vahe Qazaryan ilə tanışlıq görüşü keçirib. 

Qonaqlar Daxili İşlər Nazirliyinin həyətində yerləşən Gürcüstanın birliyi uğrunda şəhid olmuş polislərin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyublar.

"Ermənistan polisinin nümayəndə heyətinin üzvləri Gürcüstanın Daxili İşlər Nazirliyində həyata keçirilən islahatlarla tanış olublar. Görüş iştirakçıları gələcək əlaqələrin dərinləşdirilməsi perspektivlərinə diqqət yetirib, birgə fəaliyyətin planlaşdırılması barədə razılığa gəliblər.

İclasda Gürcüstan tərəfdən daxili işlər nazirinin müavinləri Giorgi Butxuzi, İoseb Çelidze və Aleksandr Daraxvelidze, habelə nazirliyin müxtəlif bölmələrinin rəhbərləri, Ermənistan nümayəndə heyətindən isə İrəvan şəhəri polis rəisinin müavinləri Polis rəisi və digər bölmə rəhbərləri iştirak ediblər.

Üç günlük rəsmi səfər çərçivəsində Ermənistan Respublikasının polis rəisi nümayəndə heyəti ilə birlikdə Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinə, Xidmət Agentliyinə, İctimai Təhlükəsizlik İdarəetmə Mərkəzinə baş çəkəcək. “112”, DİN Akademiyası və onların işinin xüsusiyyətləri ilə tanış olacaqlar", - deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın