Zaal Udumaşvili: "Gürcü Arzusunu ölkədə növbədənkənar seçkilər təyin etməyə məcbur etməliyik"
"Etirazlar durmadan artacaq və “Gürcü Arzusu” ölkədə növbədənkənar seçkilər təyin etməyə məcbur olmalıdır".
InterPress.ge xəbər verir ki, bu sözləri "Milli Hərəkat"ın üzvü Zaal Udumaşvili deyib.
Onun sözlərinə görə, Mixeil Saakaşvilinin azad edilməsi xüsusi əhəmiyyət kəsb edir.
“Biz mübarizənin tamam başqa mərhələsinə keçdik. Digər müxalifət partiyaları ilə mütləq konsensusun mövcudluğu şəraitində partiya olaraq bizim əsas vəzifəmiz növbədənkənar seçkilərdir ki, biz bunun üçün birgə mübarizə aparırıq və təbii ki, Mixeil Saakaşvilinin azadlığa buraxılması bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Bu, bizim mübarizəmizin əsas vəzifəsi olacaq. İstər ölkə daxilində, istərsə də xaricdə əlimizdə olan bütün siyasi platformalardan istifadə edəcəyik. O cümlədən Qərb tərəfdaşlarımızla fəal əlaqələr həyata keçirəcəyik, amma əsas komponent etiraz olacaq, çünki təəssüf ki, “Gürcü Arzusu” başqa heç bir dildən anlamır. Etirazdan istifadə edəcəyik, nə dekabrda, nə də yanvarda dayanmayacaq. Yeni il tətilinə getməyə hazırlaşmırıq, məncə bu ölkədə heç kim bayram keçirməyəcək. Etiraz dalğası durmadan artacaq. Nəticədə biz “Gürcü Arzusu”nu ölkədə növbədənkənar seçkilər təyin etməyə məcbur etməliyik”, - Zaal Udumaşvili “Rustavi 2” telekanalına bildirib.


