Kaxa Kaladze: "Mixeil Saakaşvili adi cinayətkardır"
"Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilini əfv etmək üçün o, ilk növbədə üzr istəməlidir".
InterPress.ge xəbər verir ki, bu barədə paytaxt meri Kaxa Kaladze bəyan edib.
Kaxa Kaladze müvafiq suala cavab olaraq bildirib və qeyd edib ki, Mixeil Saakaşvili gürcü xalqına qarşı konkret cinayətlər törədib.
Onun sözlərinə görə, “Milli Hərəkat” tərəfdarlarının ölkə prezidentini təhqir etmələri və Mixeil Saakaşvilinin əfv olunmasını istəməsi düzgün deyil.
"Mixeil Saakaşvili adi cinayətkardır. Konkret işlərdə ittiham olunur. Heç kim Mixail Saakaşvilini və ya təqsirləndirilənlərdən hər hansı birini həbs etməyə sevinmir, lakin o, Gürcüstan xalqına qarşı törədilən cinayətlərin arxasında duranda, başqa cür mümkün deyil. Mən istəmirəm ki, Vahid Milli Hərəkat üzvlərinin və Mixeil Saakaşvilinin etdiklərini kimsə etsin. Barışığa gəlincə, bu həddə çatmaq üçün bunu etiraf etməli, sonra bağışlanma və əfv diləməlisən. Nə görürük?! Onlar prezidenti təhqir edir və bağışlamağını istəyirlər", - Kaxa Kaladze deyib.


