09 
Dek
2021
20:18
370

Gürcüstan 3+3 formatında baş tutacaq görüşdə təmsil olunmayacaq?

Dekabrın 10-da Moskvada keçirilməsi planlaşdırılan 3+3 formatlı görüşdə Gürcüstan təmsil olunmayacaq.

InterPress.ge xəbər verir ki, bu barədə 
Gürcüstan Xarici İşlər Nazirliyi məlumatı verir.
Nazirlikdən verilən məlumata görə, Xarici İşlər Nazirliyi bu formatda iştiraka baxmayacaq.

“Xarici İşlər Nazirliyi 3+3 regional əməkdaşlıq təşəbbüsü ilə bağlı öz dəqiq mövqeyini dəfələrlə bəyan edib, o cümlədən xarici işlər naziri bu məsələ ilə bağlı sonuncu parlament dinləmələrində çıxış edib. Biz bu formatda iştirakı müzakirə etməyəcəyik və buna görə də Gürcüstan bu il dekabrın 10-na planlaşdırılan görüşdə təmsil olunmayacaq", - nazirlik bildirib.

Məlumat üçün bildirək ki, 3+3 formatında “Altılıq” platformasının ilk iclası dekabrın 10-da Moskvada keçiriləcək.

KİV-in məlumatına görə, görüş xarici işlər nazirlərinin müavinləri səviyyəsində Türkiyə, Azərbaycan, Ermənistan, Rusiya və İran nümayəndələrinin iştirakı ilə keçiriləcək.

Xatırladaq ki, altılığın (Rusiya, İran, Türkiyə, Ermənistan, Azərbaycan və Gürcüstan) 3+3 formatlı platforması region ölkələri arasında əməkdaşlıq formatını nəzərdə tutur və onun yaradılması təşəbbüsü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana
məxsusdur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər