Parlament sədri baş nazirin istefası ilə bağlı suala belə cavab verdi
"Hakimiyyət dəyişikliyindən danışmaq istəyirsinizsə, birbaşa baş nazirə soruşun, parlament buna qarışmır. Mən heç bir əsası olmayan şeyi müzakirə etmirəm".
InterPress.ge xəbər verir ki, parlament spikeri Kaxa Kuçava jurnalistlərin Baş nazir İrakli Ğaribaşvilinin istefaya getməsi və Ğaribaşvilinin yerinə onun təyin olunması barədə sualına belə cavab verib.
Kaxa Kuçavanın sözlərinə görə, Ğaribaşvilinin istefası barədə son 6 ayda məlumat yayılsa da, heç vaxt təsdiqini tapmayıb.
"Son 6 aydır bu barədə məlumat yaymağa çalışırsınız. Görürsünüz ki, bu məlumat təsdiqini tapmayıb. Bu barədə heç vaxt söhbət olmayıb və buna bənzər bir şey də müzakirə olunmayıb. Yanvar ayında mən Parlamentin 2022-ci il üçün çox maraqlı fəaliyyət planını təqdim etməyi planlaşdırıram, onun üzərində parlamentdə öz komandamla birlikdə işləyəcəyik", – Kaxa Kuçava bildirib


