11 
Dek
2021
10:15
1426

İstefa verən səhiyyə naziri vəzifəsini harada davam etdirəcəyini açıqladı

"Yeni nazir yeni ildən mənim vəzifəmdə işləməyə başlayacaq". 

InterPress.ge xəbər verir ki, bunu səhiyyə naziri vəzifəsini icra edən Ekaterine Tikaradze "Kronika"ya bildirib.

O, ilin sonuna kimi nazirlikdə qalacağını da qeyd edib. Onun sözlərinə görə, ictimaiyyət qarşısında cavabdehdir, bu səbəbdən də Yeni il qabağı planlaşdırılan təqdimatlarda iştirak edəcək.

Ekaterine Tikaradzenin izah etdiyinə görə, yaxın 3 həftə ərzində o, başlanmış layihələri yeni nazirə təhvil verəcək. Tikaradze deyib ki, o, həmişə hakim komandanın seçdiyi nazirin yanında olacaq və öz təcrübəsi ilə ona kömək edəcək.

“İctimaiyyət qarşısında bir öhdəlik olaraq, planlaşdırılan təqdimatlarda iştirak etməliyəm və bir hissəni təqdim etməliyəm, çünki bir dövlət qulluqçusu olaraq bunu etməyə borcluyam. Yeni ildən yeni nazir bu vəzifədə fəaliyyətini davam etdirəcək. Hesab edirəm ki, Yeni ilə yeni baxışla və sonradan pandemiyanı, eləcə də Səhiyyə Nazirliyinin bütün digər sahələrini idarə edəcək şəxsin yeni büdcə ilə başlaması vacibdir, onun bu qərarlarda tam sərbəst olması da vacibdir.

Pandemiya prosesi zamanı mənim qərarımla bağlı məsləhətləşməyim vacib idi. Bu məsləhətləşmələr nəticəsində biz qərar qəbul etdik. Pandemiya olduğu üçün qərarımı açıqlamağım vacib idi və buna görə də dünən bəyanat verdim və qarşıdakı 3 həftə ərzində fors-major hallar olmadan biz yeni nazir seçə və bütün vacib sahələri təhvil verə biləcəyik, bunlardan ən vacibi ləngiməməsi üçün pandemiya ilə mübarizə prosesinin təhvil verilməsidir. Bu, tələsik qərar deyildi, Yeni ildən yeni nazirimiz olacağının anonsu idi. Mən bunda çox müsbət cəhətlər görürəm. Mən komandamızın üzvü olaraq nazirin yanında mütləq dayanacağam və əldə etdiyim bütün təcrübə ilə ona kömək edəcəyəm və əminəm ki, bu, prosesi xeyli yaxşılaşdıracaq”, - Tikaradze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər