Dekabrın 13-15-də Gürcüstanın bəzi rayonlarında güclü küləyin əsəcəyi gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
O cümlədən, sinoptiklərin məlumatına görə, Qara dənizin sahilyanı rayonlarında, Yuxarı İmereti, Kolxeti düzü və Qori-Surami bölgəsində şərqdən güclü küləklər əsəcək.
