Gürcüstan prezidenti sabah müxalifətlə görüşəcək
İnklüziv prosesin təşəbbüskarı olan Gürcüstan prezidenti Salome Zurabişvili sabah müxalifət nümayəndələri ilə görüşəcək.
InterPress.ge xəbər verir ki, Görüşün təfərrüatları haqda heç nə deyilməsədə, yalnız o məlumdur ki, prezidentin sabah yeni il tədbiri var və o, artıq dəvətnamələr göndərib.
Zurabişvili bu gün jurnalistlərin sualına cavab verməyib və yalnız bir qeydlə kifayətlənib:
“Bu, Yeni il tədbiridir”, - Zurabişvili bildirib.
Salome Zurabişvili sabah Orbeliani sarayında yeni il tədbiri keçirəcək. Tədbirin rəsmi hissəsi şam ağacının işıqlandırılmasıdır.
“Tədbir siyasi partiyaların nümayəndələrinin şərəfinə keçirilir, geyim tərzi rəsmi olmalıdır”, - dövlət başçısının dəvətnaməsində qeyd edilib.
Müxalifətin bir hissəsinin, o cümlədən “Milli Hərəkat”ın tədbirə qatılmağı planlaşdırmadığı məlumdur.
Öz növbəsində, Gürcüstan prezidenti Salome Zurabişvili ABŞ prezidenti Go Baydenin təşəbbüsü ilə keçirilən Demokratiya Sammitində çıxış edərək bildirib ki, o, qütbləşmənin, nifrətin və parçalanmanın aradan qaldırılması üçün ümummilli inklüziv prosesə başlayacaq və bütün cəmiyyət bu prosesdə qatılacaq.
Mixail Saakaşvilinin barışıqla bağlı mövqeyi də məlumdur.


