İrakli Ğaribaşvili Avropa Şurasının prezidenti ilə görüşdü
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Brüsselə səfəri çərçivəsində Avropa Şurasının prezidenti Şarl Mişel ilə görüşüb.
InterPress.ge xəbər verir ki, görüş zamanı tərəflər Gürcüstan-Avropa münasibətlərinin gündəliyində duran bütün vacib məsələləri müzakirə ediblər.
Söhbət zamanı Şərq Tərəfdaşlığı Sammitinin siyasi bəyannaməsində güclü mesajların qeydə alınmasının və Gürcüstan üçün prioritet məsələlərin əks olunmasının vacibliyinə toxunulub.
Hökumət başçısı qeyd edib ki, Gürcüstan üçün tədricən Aİ-nin vahid bazarına inteqrasiya, enerji və rəqəmsal əlaqəni gücləndirmək vacibdir.
İrakli Ğaribaşvili Şarl Mişele Gürcüstanın Avropaya inteqrasiyasını dəstəkləməkdə göstərdiyi şəxsi səylərinə görə təşəkkür edib, Avropaya inteqrasiyanın gürcü xalqının böyük əksəriyyətinin seçimi olduğunu və Gürcüstan hökumətinin 2024-cü ildə Aİ-yə tamhüquqlu üzvlük üçün rəsmi müraciət etməsinə dair iddialı planının bu məqsədə xidmət etdiyini qeyd edib.
Görüşdə ölkədə aparılan islahatlar və onların davam etdirilməsinin vacibliyinə də toxunulub.


