Samirə Bayramova deputat tərəfindən təhdid edildiyini açıqladı
İctimai fəal Samira Bayramova parlament deputatı Savalan Mirzəyev tərəfindən təhdid edildiyini bildirib.
InterPress.ge xəbər verir ki, Bayramova bu barədə şəxsi faceboook səhifəsində yazıb.
S. Bayramovanın facebook-da yazdığı statusu olduğu kimi təqdim edirik:
"Təhsildə olan diskriminasiya və Novruz Bayramı məsələsi ilə bağlı İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya komitəsi ilə bağlı sabah görüş təyin olunmuşdur.
Görüşə təhsil üzrə ekspert və Novruz qanun layihəsinə imza atan şəxslərdən biri iştirak edəcəkdir. Günorta saatlarında komitənin sonuncü müavini Savalan Mirzoyev mənə zəng edərək, təhqiramiz ifadələrdən və hədələrdən istifadə edərək məsələ ilə hündür səslə və kobud şəkildə danışır. Görüşə qatılacaq erməni ləqəbli Zaurun görüşünə etiraz edir. "Əlimdən gələni edəcəm ki, sabah görüş baş tutmasın, siz kimsiniz, guya millət qədri bilirlər, mən burada olduğum müddətə mən heçnəyə icazə verməyəcəm, mən o işlərin hamısını alt üst edəcəm, siz ... görərsiniz, o ermənidir, sən bilirsənmi və. s" arqumentsiz, boş və bazar söhbətləri, mənim ağlım yoxmuş və kiminsə təsirlərinə düşmüşəmmiş və.s.
Xatırlatmaq istəyirəm ki, hal-hazırda üçüncü ali məktəbi yüksək balla bitirmək üzrəyəm və bir çox yerli və beynəlxalq qurumlarda elmi təcrübələr almışam, bir çox yerlərdə ilk azərbaycanlı kimi imzalarım və uğurlarım olub, 2012-ci ildən isə Beynəlxalq təşkilatların birində yüksək vəzifədəyəm. Və mən heç ali məktəb bitirməyən və diplomu qoyun-quzu ilə alan kimlərinsə olmayan ağlı ilə işləyirəm? :) Əgər səviyyə, savad və bir çox məsələlər vəzifə ilə ölçülürsə, Mən g... girən olsaydım indi ən yüksək vəzifədəydim və dəfələrlə də təklif almışam.
Nəisə. 3 saatdan sonra mənə mesaj gəlir ki, "sabah komitə sədri heç bir şəkildə görüşə bilmir" . mən də bilirəm deyərək cavab verirəm və məsələni izah edirəm. Bir müddətdən sonra da zəng gəlir və sabah görüşməyin mümkün olunduğu deyilir . Bağışlayın mən ibtidai hüquq və dəyərlər qorunmayan bir komitəylə görüşmək istəmirəm, məsələni həll edin və sonra ok.
Əlbəttə ki, sən demə bütün bunlar təsadüfmüş.
P.S. Azərbaycanlılar bu məsələlərə mane oldu və ona görə də erməni gəlirdi! Eybi yox, bütün işlərimizə mane olun, vəzifənizdən istifadə edin və nə istəyirsiniz edin, bir gün o yer də bitəcək, vəzifədə, elə yaşayın ki, sağ olanda və öləndə camaat gorunuza söyməsin!
Nə bilim daha nə deyim, nə yazım, təssüfümü necə izah edim.
Hər hansı mükafatı fərq etməz ki kim yox əsas odur bizimkilər qazansın, hər hansı vəzifədə fərq etməz bizimkilər olsunlar yox, layiqli olanlar olsunlar əzizlərim", - deyə Samirə Bayramova yazır.


