Payız sessiyasının sonuncu günü – dekabrın 17-də parlament ədliyyə naziri Rati Breqadzeni dinləyəcək.
InterPress.ge xəbər verir ki, ədliyyə naziri parlamentin “Nazir saatı” formatında keçiriləcək plenar iclasına dəvət olunub.
Sözügedən formata uyğun olaraq Rati Breqadze parlamentə görülən işlərlə bağlı hesabat təqdim edəcək və deputatların suallarını cavablandıracaq. Deputatların çıxışları da olacaq.
