16 
Dek
2021
18:46
283

Nazir: "Gürcüstan regionda ABŞ ilə birbaşa azad ticarət danışıqlarına başlamağa ən çox hazır olan ölkədir"

"Gürcüstan regionumuzda strateji tərəfdaşımız olan ABŞ ilə birbaşa azad ticarət danışıqlarına başlamağa ən çox hazır olan ölkədir".

InterPress.ge xəbər verir ki, bu barədə İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava Gürcüstan parlamentində “Nazir saatı” formatında çıxışı zamanı bildirib.

Nazirliyin gələcək prioritetlərindən danışan nazir bildirib ki, 2022-ci ildə azad ticarət rejimlərinin genişləndirilməsi, o cümlədən ABŞ-la azad ticarət sazişinin mümkün bağlanması üçün siyasi və ekspertlər səviyyəsində fəal məsləhətləşmələrin davam etdirilməsi istiqamətində səylər gücləndiriləcək.

“Bir neçə gün əvvəl ABŞ konqresmenlərinin ABŞ Ticarət Nümayəndəsinə müraciət etdikləri və Gürcüstanla birbaşa azad ticarət danışıqlarına başlamağa çağırdıqları məktubda əksini tapan ikitərəfli dəstək ruhundan çox məmnunam. Bu, çox ümidverici mesajdır”, - Natia Turnava bildirib.

Bizimlə əlaqə saxlayın