16 
Dek
2021
19:51
1150

Prezident: "Dövlətimiz artıq 30 ildir ki, yetkin dövlətdir və yeni siyasətə keçməyin vaxtı çatıb"

"Dövlətimiz artıq 30 ildir ki, yetkin dövlətdir və bu gənclik çevrəsindən çıxmaq, daha yetkin, yeni siyasətə keçməyin vaxtı çatıb".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili Orbeliani sarayında partiyaların nümayəndələri ilə Yeni il öncəsi görüşündə bildirib.

“Düzdür, çoxlu hadisələr oldu və biz çox çətin proseslərdən keçdik, bəzi vaxtlar qarşıdurmalar oldu, bir çox vətəndaş mübahisələri oldu. Bizim yaşadıqlarımız, bildiklərimiz və məncə heç kimin bu ölkədə təkrarlanmasını istəmədiyimiz şey budur", - Salome Zurabişvili deyib.

Onun sözlərinə görə, cəmiyyət artıq çox yorulub.

“Bu gün hara baxırsınızsa, çox çətin əhval-ruhiyyə dalğası axır, dözülməz vəziyyətdir. Buna kovid, sosial şərait də əlavə olunur və ölkədə hara getmək perspektivi demək olar ki, yoxdur. Bu sakitləşməlidir və hər bir ölkə üçün əsas məsələ olan daxili inkişaf, bu yoxsulluqdan çıxmaq, cəmiyyəti birləşdirmək kimi məsələlərə diqqət yetirək, hər şey parçalanıb, hətta kilsə belə bölünüb. Bu nə qədər davam edə bilər və bizi hara aparacaq? Bu zaman biz müşahidə edirik ki, xarici aləmi unuduruq, hər şeyə daxildən baxırıq, xaricdə, ətrafımızda baş verənlərə, necə baş verdiyinə, hansı təhdidlərin, hansı imkanların olduğunu unuduruq. Gənclərin vaxtıdır”, - deyə prezident söyləyib.

Bizimlə əlaqə saxlayın