Salome Zurabişvili: "Məqsəd atmosferi dəyişmək və yeni əhval-ruhiyyə gətirməkdir"
"Yeni il qəbulu istənilən ölkədə prezident üçün adi hadisədir".
InterPress.ge xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili deyib.
Onun sözlərinə görə, bütün bunların məqsədi atmosferi dəyişmək və yeni əhval-ruhiyyə gətirməkdir.
Prezident qəbulda siyasi partiyaların nümayəndələrinə müraciət edib:
"Sizin burada olmağınıza çox şadam. Bu qəbulla bağlı çoxlu suallar verilib və mən bu mövzuda bir neçə söz demək istəyirəm. Düşünürəm ki, bu cür qəbul istənilən ölkədə prezident üçün çox adi haldır. Yaxın günlərdə hərbi rəhbərlər, qeyri-hökumət təşkilatları üçün başqa tədbirlərim olacaq, çünki müəyyən qaydalara görə bu gün hamını bir yerdə dəvət etməyə icazə verilmir. Buna görə də, bu çox adi bir hadisədir.
Hamınızı qarşıdan gələn Milad bayramı və Yeni il münasibətilə təbrik edirəm. Eyni zamanda gizlətməyəcəyəm ki, bunun öz məqsədi var, o da atmosferi bir az dəyişmək, yeni əhval-ruhiyyə gətirməkdir. Biz əhval-ruhiyyəli xalqıq və bu gün ölkədəki əhval-ruhiyyəni ən azı müəyyən dərəcədə dəyişmək vacibdir. Bu prosesə başlamağın vaxtı gəldiyini düşünürəm", - deyə Zurabişvili bəyan edib.


