20 
Dek
2021
09:48
255

Çavuşoğlu: "Gürcüstanın 3+3 platforması çərçivəsində planlaşdırılan növbəti görüşdə iştirakını gözləyirik"

"Qarabağ mövzusunda 3+3 platforması çərçivəsində növbəti görüş Ankarada keçiriləcək".

InterPress.ge xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçirilən fövqəladə iclasından sonra mətbuata açıqlamasında deyib.

Nazir bildirib ki, növbəti görüşdə Gürcüstan tərəfinin də iştirakını gözləyirlər.

“Moskvada görüşümüz oldu, lakin Gürcüstan iştirak etmədi. Növbəti görüş Ankarada keçiriləcək və biz Gürcüstanın bu görüşdə iştirakını gözləyirik”, - deyə Çavuşoğlu bildirib.

Çavuşoğlu, həmçinin azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi görüşdən danışıb:

"Qardaş Azərbaycanla strateji münasibətlərin inkişafını müzakirə etdik. 3+3 əməkdaşlıq formatında Moskvada keçirilən ilk görüşün nəticələri barədə danışdıq".

Qeyd edək ki, dekabrın 10-da Moskva şəhərində Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiyanın iştirakı ilə “3+3” formatında keçilən regional platformanın ilk toplantısı keçirilib, Gürcüstan bu görüşdə iştirak etməyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər