Mixeil Saakaşvilidən xalqa müraciət
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin tərəfdarları dünən axşam saatlarında Qori xəstəxanasının qarşısında toplaşıblar.
InterPress.ge xəbər verir ki, onlar Mixeil Saakaşvilini ad günü münasibəti ilə təbrik edib, Gürcüstan himnini oxuyublar.
Mixeil Saakaşvili tərəfdarlarını Qori xəstəxanasından salamlayıb. O, orada toplaşan camaata müraciət edib.
“Dostlar, əsas birlikdir, sona qədər hücuma keçin, qorxmayın. Heç bir repressiyadan qorxmayın. Mən qorxmuram, sona kimi mübarizə aparıram. Sizə Gürcüstanın azad edilməsini və xoşbəxtlik arzulayıram. Nə olursa olsun, bizə nə edirlərsə etsinlər, biz ölkəmizi geri qaytarmalı, onu diktaturadan, fəlakətdən qurtarmalıyıq. Biz mütləq qalib gələcəyik. Əsas olan birlikdir. Sona qədər davam edək və biz qabaqcıl ölkə kimi mütləq Avropaya gedəcəyik. Yox olsun diktatura, yox olsun zorakılıq! Biz nə etdiyimizi bilirik, biz ölkəni sevirik, onlar ölkəni sevmirlər. Biz vətən üçün özümüzü fəda edə bilərik, onlar edə bilməz. Mən ona görə qayıtdım ki, ölkəmiz qeyri-azad ola bilməz. Ona görə də mənim həyatım, mənim fədakarlığım, varlığım bütünlüklə sizə, indi bura gəlmiş və məni dinləyən hər birinizə məxsusdur”, - deyə Mixeil Saakaşvili bildirib.


