21 
Dek
2021
15:36
318

Nikol Paşinyanın Gürcüstanda işgüzar səfəri başa çatdı

Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın Gürcüstanda işgüzar səfəri başa çatıb.

InterPress.ge xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Ğaribaşvili erməni həmkarını Şota Rustaveli Adına Tbilisi Beynəlxalq Hava Limanından yola salıb.

Ermənistan Respublikasının baş naziri hökumət nümayəndə heyəti ilə birlikdə dekabrın 20-də Gürcüstana səfər edib.

İşgüzar səfər çərçivəsində Gürcüstan və Ermənistan baş nazirlərinin sədrliyi ilə Hökumətlərarası İqtisadi Komissiyanın iclası keçirilib və görüşdən əvvəl iki ölkənin baş nazirlərinin təkbətək görüşü olub.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər