Mixeil Saakaşvili ədliyyə nazirinə xəbərdarlıq etdi
"Dünən konvoy əməkdaşları kağız üzərində çəkilmiş Gürcüstan bayrağını nümayiş etdirməyimə mane olurdu - Sizin və əməkdaşlarınızın xain davranışına rəsmi etirazımı bildirirəm və xəbərdarlıq edirəm ki, buna görə mütləq cavab verəcəksiniz".
InterPress.ge xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili ədliyyə nazirinə bu sözlərlə müraciət edib.
Sözügedən müraciət onun sosial şəbəkədəki səhifəsində yayılıb.
“Ədliyyə nazirinə - Dünən konvoy əməkdaşları kağız üzərində çəkilmiş Gürcüstan bayrağını nümayiş etdirməyimə mane olurdu və bayrağı əlimdən almağa çalışırdı. Mən çoxdan bilirəm ki, siz Putinin işini görürsünüz. Amma hətta Putin belə bayrağı yaradan prezidentə bayrağın qaldırılmasını qadağan etməyi düşünə bilməzdi.
Lavrov bu gün boş yerə demədi ki, gürcülər artıq NATO-ya üzv olmaq istəmirlər. Əvvəllər bunu deməyə cəsarət etməmişdilər.
Mən sizin və əməkdaşlarınızın xain davranışına rəsmən etiraz edirəm və xəbərdarlıq edirəm ki, buna görə mütləq cavab verəcəksiniz”, - Mixeil Saakaşvili yazıb.


