Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

İrakli Qaribaşvili Gürcüstan-Azərbaycan münasibətlərindən danışıb

543
İrakli Qaribaşvili Gürcüstan-Azərbaycan münasibətlərindən danışıb
Dinləmək üçün basın

"Gürcüstan qonşu ölkələrlə münasibətlərə böyük önəm verir".

"Gürcüstan qonşu ölkələrlə münasibətlərə böyük önəm verir".

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkənin xaricdəki səfirlərinin iştirakı ilə keçirilən videokonfransda deyib.

Onun sözlərinə görə, bölgədə balanslaşdırılmış siyasətin aparılması Gürcüstanın sabitliyi və təhlükəsizliyi üçün olduqca vacibdir: “Mənim Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla çox yaxşı, birbaşa dostluq münasibətlərim var. Bu il iki dəfə Azərbaycana, iki dəfə də Ermənistana səfər etmişəm. Hər iki ölkənin liderləri ilə çoxsaylı, həmçinin telefonla əlaqələrim olub. Türkiyəyə də həmçinin çox uğurlu səfərim baş tutub”.

İ.Qaribaşvili Tbilisinin Azərbaycan və Ermənistana təklif etdiyi Cənubi Qafqazda qeyri-formal regional dialoq platformasına da toxunub: “Bu ilin yayında strateji tərəfdaşlarımızla sıx əməkdaşlıq sayəsində və mənim vasitəçiliyimlə Azərbaycanla Ermənistan arasında humanitar razılaşma əldə edildi. Hesab edirəm ki, çox vacib razılaşmaya nail olundu, bölgədə çox maraqlı və önəmli presedent yarandı. Gürcüstan regionda dayanıqlı sülh və sabitliyin qurulmasında mühüm rol oynaya bilər”.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →