23 
Dek
2021
11:57
335

VMH-ın qərargahının yaxınlığında 200-ə yaxın insan aclıq aksiyası keçirir

VMH-ın qərargahının yaxınlığında 12 çadır qurulub və 200-ə yaxın insan aclıq aksiyası keçirir.

InterPress.ge xəbər verir ki, onların tələbi dəyişməz qalır - Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin azad edilməsi və ölkədə siyasi təqiblərə son qoyulması.

"Çadırlar əlavə etmək lazım gələcək, çünki aclıq elan edənlərin sayı hər gün artır, bu da o deməkdir ki, Gürcüstan vətəndaşları bu mübarizə üsulundan xəbərdardırlar, bilirlər ki, yalnız fədakar mübarizə nəticə verəcək. Bu nəticə mütləq vətəndaşlarımızla qazanacağımız bir qələbə olacaq.

Bilirik ki, çətin yol seçmişik, amma rejim bizə başqa yol qoymadı. Mixeil Saakaşvili dərhal azad edilməli, bu ölkədə siyasi təqiblərə son qoyulmalı və Mixeil Saakaşvili Gürcüstanda sonuncu siyasi məhbus olmalıdır”, - deyə fəallardan biri Laşa Xuskivadze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər