23 
Dek
2021
12:25
2007

Sərhəd xəttinə yaxın yerlərdə yaşayan əhaliyə dövlət maliyyə yardımı göstərəcək

Sərhəd xəttinə bitişik kəndlərdə münaqişədən zərər çəkmiş əhalinin ehtiyaclarının ödənilməsi üzrə Müvəqqəti Hökumət Komissiyasının növbəti iclası keçirilib.

InterPress.ge xəbər verir ki, iclası komissiyanın sədri İrakli Karseladze və həmsədri Tea Axvlediani açıblar.

Bir sıra mühüm məsələlər, o cümlədən sərhəd xəttlərinə bitişik kəndlərdə yaşayan əhaliyə qış mövsümündə maddi yardımın göstərilməsi müzakirə edilib, həmçinin kommisiya tələbələrin 2021-2022-ci tədris ili üçün təhsil haqqının maliyyələşdirilməsinin davam etdirilməsi ilə bağlı qərar qəbul edib.

Dövlət naziri Tea Axvlediani hazırkı işğalın ağır nəticələrindən və münaqişədən zərər çəkmiş əhalinin lazımi yaşayış şəraiti ilə təmin olunması üçün onlara dəstək verilməsinin vacibliyindən danışıb. Nazirin sözlərinə görə, sərhəd xətlərinə yaxın yaşayan əhalinin qayğısına qalmaq barışıq və iştirak siyasətinin ən mühüm prioritetlərindən biridir.

Tea Axvlediani Komissiyanın səyləri çərçivəsində 2013-cü ildən sərhəd xəttinə bitişik kəndlərdə qazlaşdırma, su təchizatı, təhsilin maliyyələşdirilməsi, səhiyyə, kənd təsərrüfatı və s. kimi layihələrin əhəmiyyətini vurğulayıb. Dövlət nazirinin sözlərinə görə, bu kəndlərin sosial-iqtisadi inkişafı Gürcüstan hökumətinin insan yönümlü siyasətinin əyani təzahürü kimi işğal olunmuş rayonlarda yaşayan əhali üçün güclü siyasi mesajdır.

Hökumət komissiyasının iclasında komissiyaya üzv qurumların nümayəndələri, o cümlədən hökumət aparatının regionlarla əlaqələr şöbəsinin müdiri Leri Barnabişvili iştirak edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər