23 
Dek
2021
13:11
367

ABŞ-ın Gürcüstandakı səfiri prezidentin ümumi milli razılıq prosesinə başlamaq təşəbbüsünə münasibət bildirdi

"Prezidentin səyləri xüsusilə vacibdir - bu prosesi tez, bir-iki günə başa çatdırmaq mümkün deyil,  prezident buna yaxşı hazırlaşıb, bu addım-addım edilməlidir və hamı buna öz töhfəsini verməlidir".

InterPress.ge xəbər verir ki, bu sözləri ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan prezidentin ümumi milli razılıq prosesinə başlamaq təşəbbüsü ilə bağlı deyib.

Onun qeyd etdiyinə görə, ölkə başçısının bu təşəbbüsü ölkədə sabitlik və əmin-amanlıq üçün xüsusi əhəmiyyət kəsb edir.

“Ölkənin indiki mərhələsində prezidentin səyləri xüsusilə vacibdir ki, bu da cəmiyyətin birləşməsi və mövcud mübahisələrin azaldılması deməkdir. Bu təşəbbüs hərtərəfli müsbət qarşılanır və biz bunu dəstəkləyirik. Bu, xüsusilə ölkənin sabitliyi və əmin-amanlığı üçün vacibdir. Biz bilirik ki, bu prosesdə siyasi partiyalar, eləcə də müxtəlif maraqlı tərəflər, o cümlədən vətəndaş cəmiyyəti, gürcü kilsəsi iştirak edir və onların hamısının bu prosesdə öz səsi var ki, bu da cəmiyyətdəki mübahisələrə son qoymaq və birləşmək deməkdir. Prezidentin səyləri xüsusilə vacibdir - bu prosesi tez, bir-iki günə başa çatdırmaq mümkün deyil,  prezident buna yaxşı hazırlaşıb, bu addım-addım edilməlidir və hamı buna öz töhfəsini verməlidir”, - Kelli Deqnan bildirib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər