23 
Dek
2021
14:13
641

Əli Bədirov siyasətdən getdiyini açıqladı

Leyborist partiyasının üzvü Əli Bədirov siyasətdən ayrıldığını açıqlayıb.

InterPress.ge xəbər verir ki, Ə. Bədirov bu barədə öz Facebook səhifəsində yazıb.

O, bütün dəstıkçilərinə təşəkkür edib.

“Mən siyasətdən gedirəm!

Marneuli bələdiyyə (sakrebulo) seçkilərində mənə 1039 insan səs verərəq məni üçüncü yerə çıxartmışı idi. Onların hər birinə öz minnətdarlığımı bildirirəm. Amma insanların mənə olan etimadını siyasətdə olmadan da doğrulda bilərəm. Xalqa xidmət etmək üçün hüquqşunas,vəkil, ictimaiyyətçi olmağım yetərlidir. Hüquqi xidmət məsələlərində daha böyük addımlar atmaq istəyirəm. Bunun üçün də qərəzli görünməməq üçün mütləq siyasi neyitrallığımı qorumalıyam. Qərəzsiz şəkildə iqtidarçı-müxalifətçi demədən, Əhməd-Zaur demədən, Amiran-Givi demədən, Kənan-Eldar demədən, Nərgiz-Samirə demədən, gürcü-azərbaycalı demədən hər kəsi bərabər tutmalıyam və şəffaf şəkildə insanlara xidmət etməliyəm. Gürcüstanda soydaşlarımızın hüquqi sahədə çox problemləri var. Onlara xidmət edərkən  siyasətçi kimi görsənməməliyəm və sadecə hüquqşunas, vəkil və ictimaiyyətçi olmalıyam. Sizlərə xidmət etmək üçün SİYASƏTDƏ ARTIQ YOXAM. Keçmişdə siyasi rəqibim olanlara belə mənim hüquqi yardım qapım açıq olacak. Mənə işlərimdə, xalqımıza xidmətimdə uğurlar diləyin, inşAllah”, - deyə Bədirov yazır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər