Zaal Udumaşvili: "Milli Hərəkat" ölkədəki böhrandan çıxmağa kömək edəcək istənilən formatda iştirak etməyə hazırdır"
"Milli Hərəkat" ölkədəki böhrandan çıxmağa kömək edəcək istənilən formatda iştirak etməyə hazırdır".
InterPress.ge xəbər verir ki, bunu "Milli Hərəkat"ın liderlərindən Zaal Udumaşvili söyləyib.
Onun jurnalistlərə verdiyi məlumata görə, partiyada kütləvi aclıq aksiyasına başlanması hakimiyyətə təzyiqlərin artırılmasına xidmət etdiyi üçün bu prosesə mane olmayacaq.
"Biz onsuz da dialoqda iştirak edirik. Bu gün təşəbbüs edilən bütün dialoqlarda iştirak etməyə hazırıq. Təbii ki, biz siyasi böhranı arandan qaldırmaq üçün bütün imkanlardan istifadə edəcəyik, lakin bu hərəkət hakimiyyətin vaxtında qərar qəbul etməsi üçün təzyiqi artırmağa xidmət edir", - Udumaşvili bildirib.
Vahid Milli Hərəkatın sədri Nika Melia ilə prezident Salome Zurabişvili arasında bazar ertəsi planlaşdırılan görüşə gəlincə, Zaal Udumaşvili izah edib ki, görüşdə yəqin ki, ölkədəki böhran və ondan çıxış yolları müzakirə olunacaq.
"Əlbəttə ki, ölkədəki siyasi böhrandan necə çıxmaq barədə danışılacaq. "Milli Hərəkatın" bununla bağlı öz fikirləri və təklifləri var. Nika Melia fikrini Salome Zurabişvili ilə bölüşəcək. Bu görüşün baş tutması yaxşı haldır, çünki onlar ölkədəki vəziyyət və bu böhrandan çıxış yolları barədə fikir mübadiləsi aparacaqlar. Bir daha təsdiq etmək istəyirəm ki, biz bu böhranın aradan qaldırılmasına xidmət edəcək istənilən formatda iştirak etməyə hazırıq", - deyə Udumaşvili bildirib.
Onun sözlərinə görə, aclıq aksiyasının başlaması prezident Salome Zurabişvilinin başlatdığı prosesə mane olmayacaq.


