24 
Dek
2021
18:39
490

Gürcü Arzusunun nümayəndəsi aclıq aksiyası keçirənlərə münasibət bildirdi

 “Aclıq aksiyası keçirməklə insanı həbsdən azad etmək mümkün deyil".

InterPress.ge xəbər verir ki, bu barədə
“Gürcü Arzusu”nun liderlərindən biri Sozar Subari jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, kimin kiminlə barışdığı bəlli deyil.

“Mixeil Saakaşvili bu termini məktubunda bir dəfə xatırladıb və bütün media bunu təkrarlayır. Salome Zurabişvili bildirib ki, milli konsensusa nail olmaq ən mühüm vəzifədir. Bəli, bu, çox mühüm vəzifədir, xüsusən də Rusiyanın xarici siyasətdə nə qədər fəal olduğunu və onun Gürcüstana, Ukraynaya və hər hansı digər ölkəyə deyil, NATO, Avropa İttifaqı  kimi böyük ittifaqlara qəti ultimatumlar verdiyini görürürük. Bunun fonunda bəzi məsələlərdə birlikdə olmaq üçün milli konsensusa nail olmaq çox vacibdir və təbii ki, yaxşı prosesdir. Kütləvi aclıq aksiyasına və ya onların özlərinin dediyi kimi əvəzedici aclıq aksiyasına və onların Mixail Saakaşvilinin azad edilməsi tələbinə gəldikdə isə, bu, əks effekt verir”, - Sozar Subari bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər