Aclıq aksiyasına qoşulan bir neçə şəxsin səhhəti pisləşdi
VMH-ın mərkəzi ofisi yaxınlığındakı çadırlarda etiraz olaraq aclıq aksiyasına qoşulan bir neçə şəxsin səhhəti pisləşib.
InterPress.ge xəbər verir ki, bu barədə Parlamentin “Vahid Milli Hərəkat – Güc Birlikdədir” fraksiyasının üzvü Zaal Udumaşvili açıqlama verib.
Onun sözlərinə görə, insanların həyatı təhlükə altına düşməməlidir.
"Səhhəti indiki aksiyaya uyğun olmayan insanları biz aclıq aksiyasında iştirak etmələrinə yol verə bilmərik. Bundan çox insan narazıdır, lakin biz insanları həqiqətən əlavə risk altında qoya bilmərik, xüsusən də aksiyanın nə qədər davam edəcəyini bilmirik"- dedi Zaal Udumaşvili.
Liderlərlə yanaşı, fəallar da etirazın ekstremal formalarına əl atırlar. Onların əsas tələbi dəyişməz qalır. Aksiya iştirakçıları Mixail Saakaşvilinin azadlığa buraxılmasını tələb edirlər və onların sözlərinə görə, tələbləri yerinə yetirilənə qədər aksiya davam edəcək.


