Gürcüstanın Kvemo Kartili bölgəsində zəlzələ baş verib.
InterPress.ge xəbər verir ki, bu barədə Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Zəlzələ Tbilisi vaxtı ilə 17: 50-də baş verib.
Məlumatına görə, zəlzələnin episentri Dmanisidən 18 km qərbdə, Söyütlü kəndindən 9 km məsafədə olduğu bildirildi.
Zəlzələnin gücü 3.1 bal təşkil edib.
