Parlament Bürosunun “Gürcü arzusu” fraksiyası adından parlamentin sədri vəzifəsinə Şalva Papuaşvilinin namizədliyi irəli sürülüb.
InterPress.ge xəbər verir ki, Parlament dekabrın 29-da keçiriləcək növbədənkənar iclasda yeni sədri seçəcək.
Kaxa Kuçava dekabrın 24-də parlament sədrinin istefası ilə bağlı açıq bəyanatla çıxış edib və həmin andan o, istefa vermiş sayılır. Parlament bu faktı növbəti plenar iclasda qeyd edəcək və bu barədə protokolda qeyd olunacaq.
