Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Saakaşvilinin Gürcüstana daxil olması işi üzrə saxlanılan şəxslər təqsirli olduqlarını bildirdilər

460
Saakaşvilinin Gürcüstana daxil olması işi üzrə saxlanılan şəxslər təqsirli olduqlarını bildirdilər
Dinləmək üçün basın

Mixeil Saakaşvilinin Gürcüstana daxil olması işi üzrə saxlanılan 4 nəfər Qiorqi Narimanidze, Elquca Tsomaia, Zurab və Şalva Tsotsoria təqsirli olduqlarını etiraf ediblər.

Mixeil Saakaşvilinin Gürcüstana daxil olması işi üzrə saxlanılan 4 nəfər Qiorqi Narimanidze, Elquca Tsomaia, Zurab və Şalva Tsotsoria təqsirli olduqlarını etiraf ediblər. 

InterPress.ge xəbər verir ki, bu barədə məhkəmədən əvvəl jurnalistlərə işin prokuroru Levan Vepxvadze məlumat verib.

İclasda tərəflər sübutların məqbulluğunu müzakirə ediblər. Hakim sübutları məqbul hesab edib.

Həmçinin bu gün təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs-qətimkan tədbiri ilə bağlı məsələyə baxılıb. Prokurorluq prosesdə dörd müttəhimin də həbsdə qalması üçün vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin edib və hər dörd təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →