Qori Hərbi Xəstəxanası ziyarətçilərin keçmiş prezident Mixeil Saakaşvilini ziyarət etməsinə qadağa qoyub.
InterPress.ge xəbər verir ki, qərar haqqında xəstəxana rəhbərliyi açıqlama verib.
"Ziyarətçilərə saat 16-18 arası məhdudiyyət qoyulub. Bu, həftə sonlarına da aiddir", - xəstəxananın baş həkimi bildirib.
O, məhdudiyyətləri niyə qoyduğunu açıqlamayıb.
