29 
Dek
2021
10:05
307

Parlament bu gün yeni sədr seçəcək

Bu gün Gürcüstan parlamenti növbədənkənar iclasda yeni sədr seçəcək.

InterPress.ge xəbər verir ki, “Gürcü Arzusu” fraksiyası adından parlamentin sədri vəzifəsinə Şalva Papuaşvilinin namizədliyi irəli sürülüb.

Parlament sədrinin seçkisi 76 səs kvorumla, gizli səsvermə yolu ilə keçiriləcək.

Şalva Papuaşvili onuncu çağırış parlamentin üçüncü sədri olacaq.

Qeyd edək ki, Kaxa Kuçava dekabrın 24-də parlament sədri vəzifəsindən istefa verdiyini açıqlayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər