29 
Dek
2021
10:21
644

Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstan hakimiyyətinə çağırış edir

Dünən Mixeil Saakaşvilinin hərbi hospitaldan həbsxanaya köçürülməsi cəhdi yersiz idi.

InterPress.ge xəbər verir ki, bu, Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunduğuna görə, Saakaşvilinin vəkillərinə Gürcüstan Penitensiar Xidmətinin müvafiq qərarı barədə məlumat verilməyib.

“Mixeil Saakaşvilinin sağlamlıq durumu buna imkan vermir. Onun əlavə reabilitasiyaya ehtiyacı var.

Biz Gürcüstan hakimiyyətini Ukrayna vətəndaşına hörmətlə yanaşmağa, onun həyatı və sağlamlığına təhlükə yaradan hərəkətlərə yol verməməyə çağırırıq.

Gürcüstandakı ukraynalı diplomatlar vəziyyətə xüsusi nəzarət etməkdə davam edir, həmçinin Gürcüstan hakimiyyəti və Mixeil Saakaşvilinin vəkilləri ilə daimi dialoq aparırlar”, - bəyanatda deyilir.

Eyni zamanda, Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, Ukraynanın Gürcüstandakı konsulu sabah Qori Hərbi Hospitalında Mixeil Saakaşviliyə baş çəkəcək.

“Gürcüstan tərəfi ukraynalı həkimlərin müayinə üçün Mixeil Saakaşvili ilə görüşməsinə icazə verməlidir.

Biz humanitar səbəblər, müalicə və reabilitasiya üçün onun Ukraynaya qayıtması üçün işimizi davam etdiririk. Belə bir addımın atılması zərurəti göz qabağındadır”, - deyə məlumatda bildirilir.

 

Bizimlə əlaqə saxlayın