Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Gürcüstan Ermənistanın səhiyyə nazirinə cavab verdi

2,445
Gürcüstan Ermənistanın səhiyyə nazirinə cavab verdi
Dinləmək üçün basın

Ötən gün Ermənistanın səhiyyə naziri Arsen Torosyan Gürcüstanda koronavirusla bağlı statistik göstəricilərə şübhə ilə yanaşdığını bildirib.

Ötən gün Ermənistanın səhiyyə naziri Arsen Torosyan Gürcüstanda koronavirusla bağlı statistik göstəricilərə şübhə ilə yanaşdığını bildirib.

InterPress.ge xəbər verir ki, nazir Gürcüstanda gün ərzində COVID-19-a yoluxanların sayının bir-iki nəfər olduğuna inanmadığını deyib.

Erməni nazirin bu fikirləri isə Gürcüstanda anlaşılmazlıq və təəccüblə qarşılanıb. Ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş infeksionist Amiran Qamkrelidze “Rustavi 2” kanalının efirində bildirib ki, A.Torosyanın sözləri təəccüb doğurub: “Arsen Torosyanı şəxsən tanıyıram. Ondan bu cür qeyri-diplomatik bəyanatlar eşitmək bir qədər təəccüblüdür”.

A.Torosyan həmçinin iddia edib ki, Gürcüstandan Ermənistana gələn vətəndaşlarda, həmçinin yük maşını sürücülərində COVID-19-a çox sayda yoluxma halları aşkarlanıb. Gürcüstanın baş infeksionisti buna cavab olaraq deyib ki, əgər belə hallar olubsa, Ermənistan bu barədə həm Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), həm də Gürcüstana məlumat təqdim etməli idi: “Beynəlxalq konvensiyanın reqlamentinə uyğun olaraq, əgər Gürcüstan ərazisində virus əcnəbidə təsdiqlənirsə, bu zaman ÜST və həmin şəxsin vətəndaşı olduğu dövlət bu barədə məlumatlandırılır. Gürcüstan kimi Ermənistan da bu konvensiyaya qoşulan ölkədir”.

A.Qamkrelidze erməni nazirin Gürcüstanda virusdan ölüm hallarının hesablanması metodologiyasının şəffaflığına şübhə etməsini də şərh edib: “O, Mərkəzimizin saytında ingilis dilində də dərc olunan göstəricilərə baxa bilər. Bu gün Gürcüstanda bütün xəstəxanalar və ambulator tibb müəssisələrində olan pnevmoniya xəstələrinin hamısı testdən keçirilir”.(report)

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →