30 
Dek
2021
11:27
1200

Rustavi Cəzaçəkmə Müəssisəsi qarşısında etiraz aksiyaları başlaya bilər

Vahid Milli Hərəkat Partiyasının üzvü Zviad Kuprava keçmiş prezident Mixeil Saakaşvilinin köçürüldüyü Rustavi Cəzaçəkmə Müəssisəsi qarşısında etiraz aksiyalarının keçiriləcəyini istisna etməyib.

InterPress.ge xəbər verir ki, bu barədə Kuprava jurnalistlərə məlumat verib.

O bildirib ki, Rustaveli prospektində və etirazın hakimiyyətin qulağına çata biləcəyi bütün yerlərdə aksiyalar keçirilməlidir.

Eyni zamanda, onun sözlərinə görə, indi ən vacib şey Mixeil Saakaşvilinin sağlamlıq vəziyyətini bilməkdir.

"Mixeil Saakaşvilinin köçürülməsinə gəlincə, ilk növbədə onun vəziyyətinin necə olduğunu bilmək lazımdır. Hazırda onun necə olduğunu, ona xəsarət yetirilib-yetirilmədiyini bilmirik. Bütün hallarda zorakılığın qurbanı olub və olacaqdı, çünki o, ağlı başında olanda bəyan etmişdi ki, klinikanı könüllü tərk etməyəcək, çünki həm həkimlərin, həm də özünün fikrincə sağlamlıq vəziyyəti qənaətbəxş deyil.

Buna görə də o, heç olmasa Qori Hərbi Hospitalında qalmalı idi. Buna təbii ki, həm ölkə daxilindən, həm də xaricdən müvafiq, adekvat və proporsional cavab veriləcək. Bilirsiniz ki, Vahid Milli Hərəkat nümayəndələri aclıq aksiyası keçirirlər, lakin etiraz aksiyası başqa istiqamətlərdə də davam edəcək, Rustavi həbsxanası qarşısında, Rustavelidə və etirazın hakimiyyətin qulağına çata biləcəyi bütün yerlərdə", - Kuprava bildirib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər