30 
Dek
2021
15:04
554

Tea Tsulukiani Saakaşvili haqqında: "Özünü yenə də prezident hesab edir, əslinda adi bir məhbusdur"

"Yaxşı olardı ki, Mixeil Saakaşvili dərk etsin ki, o, adi məhbusdur, prezident deyil".

InterPress.ge xəbər verir ki, bunu mədəniyyət naziri Tea Tsulukiani deyib.

Onun sözlərinə görə, Rustavi Cəzaçəkmə Müəssisəsində bir sıra yüksək vəzifəli məmurlar cəza çəkib.

"Tibb heyəti müalicə kursunun bitdiyini hesab edəndə heç kim məhbusdan cəzasını hansı müəssisədə çəkəcəyini soruşmur. Bütün məhbusların məsələsində həmişə belə olub, bu məhbusda da belədir. Vəkillərin nəzərinə çatdırmaq istərdim ki, Matrosov həbsxanası ləğv edildikdən sonra cənab Vano Merabişvili, bir sıra yüksək vəzifəli şəxslər on ikinci müəssisədə cəza çəkiblər, əvvəlki hakimiyyət dövründə çoxlu səhvlər edən Baço Axalaia hələ də bu həbsxanada cəzasını çəkir. Nəticə etibarı ilə burada konkret bir məhbusun şıltaqlığı, kaprizindən başqa qeyri-adi heç nə baş vermir. O, hələ də özünü prezident hesab edir və kimsə onun əmrinə tabe olmalıdır. Əslində o, bu gün adi bir məhbusdur", - Tea Tsulukiani deyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər