InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qətl yeni il gecəsi baş verib. Qardaş soyuq silahla qardaşına ölümcül yaralar vurub.
Qətldə təqsirləndirilən gənc artıq hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Gürcüstanın Cinayət Məcəlləsinin ailə üzvünü qəsdən öldürməni nəzərdə tutan 109-cu maddəsi ilə istintaq başlayıb.
Maddə 13 ildən 17 ilə qədər həbs cəzası nəzərdə tutur.
