05 
Yan
2022
16:04
503

Rati İonatamişvili: "Saakaşvili və onun partiyası cəmiyyəti bezdirib"

"Kim nəyi necə istəyirsə, elə yazsın, biz ölkənin əsas çətinliklərinin nə olduğunu bilirik və buna uyğun hərəkət edəcəyik".

InterPress.ge xəbər verir ki, bunu parlament çoxluğunun üzvü Rati İonatamişvili deyib.

İonatamişvili bu şərhlə Vahid Milli Hərəkat Partiyasının üzvü Eka Xerxeulidzenin Mixeil Saakaşvilinin iqtisadi proqram yazması ilə bağlı açıqlamasına cavab verib.

“Milli Hərəkat” tərəfindən çoxlu qeyri-ciddi və yöndəmsiz bəyanatlar verilir və bu cür bəyanatlara ciddi cavab verməyimiz düzgün deyil. Kim nəyi necə istəyirsə, elə yazsın, biz ölkənin əsas çətinliklərinin nə olduğunu bilirik və buna uyğun hərəkət edəcəyik”, - Rati İonatamişvili bildirib.

Eyni zamanda, İonatamişvilinin sözlərinə görə, həm Saakaşvili, həm də onun partiyası ardıcıl olmayan addımları ilə cəmiyyəti, ilk növbədə, öz tərəfdarlarını bezdiriblər.

"Mixeil Saakaşvilinin ayrı-ayrı həkimlərinə gəlincə, biz onlardan bir sıra ayrı-seçkilik xarakterli ifadələr eşitmişik, o cümlədən əlilliyi olan şəxslərlə bağlı, bu, qəbuledilməzdir. Faktdır ki, həm Saakaşvili, həm də onun partiyası ardıcıl olmayan addımları ilə cəmiyyətimizi, ilk növbədə, seçicilərini bezdiriblər, demək olar ki, onlar əslində “Milli Hərəkat”ın ritorikasından uzaqlaşıblar.

Cəmiyyətimiz məhbus Saakaşvilinin hüquqlarının müvafiq, yüksək standartlarla qorunduğunu yaxşı bilir. Onun hər hansı ultimatumundan danışması yöndəmsizdir. Dolayısı ilə bu cür ritorikanın onun tərəfdarlarına da mənfi təsir etdiyini görürük. Onlar da anlayırlar ki, reallıq başqadır və bir insanın şıltaqlığı ilə hərəkət etmək yöndəmsizdir.

İşgəncə və qeyri-insani rəftara gəlincə, bu, o qədər süni və xəyali bir məsələdir ki, “Milli Hərəkat” tərəfdarlarının özləri də inanmırlar. Yoxsa bu məsələlərə etiraz etdiklərini görərdik. Əslində bunun əksi baş verir. Onlar etiraz dalğasında "Milli Hərəkat"ın yanında dayanmırlar", - Rati İonatamişvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər