Mixeil Saakaşviliyə dəstək aksiyası keçiriləcək
Hakimiyyətin qanunsuz məhbusu prezident Saakaşviliyə azadlıq - bu şüarla saat 15:00-da Rustavi həbsxanası qarşısında Mixeil Saakaşviliyə dəstək aksiyası keçiriləcək.
InterPress.ge xəbər verir ki, təşkilatçılar, fəallar və üçüncü prezidentin tərəfdarları Mixeil Saakaşviliyə qarşı qeyri-insani rəftar və işgəncələrə, şəxsi həkimin ona baş çəkməsinə icazə verilməməsi və telefon danışıqlarının məhdudlaşdırılmasına etiraz edəcəklər.
Mixeil Saakaşvilinin həbsindən 100 gündən çox vaxt keçir. Qori Hərbi Hospitalından Rustaviyə köçürüldükdən sonra həkimlərin ona baş çəkməsinə icazə verilmir, buna görə də üçüncü prezidentin sağlamlıq vəziyyəti tibb sahəsinin nümayəndələri tərəfindən qiymətləndirilməyib.
Mixeil Saakaşvili dekabrın 30-da Qori Hərbi Hospitalından Rustaviyə köçürülüb.


