Gürcüstan prezidenti Qazaxıstanda baş verən hadisələrə münasibət bildirdi
"Bizim hamımızın qlobal sabitliyə, sülh və təhlükəsizliyin möhkəmlənməsinə ehtiyacı var."
InterPress.ge xəbər verir ki,
Gürcüstan prezidenti Salome Zurabişvili Twitter səhifəsində Qazaxıstanda baş verən hadisələrə münasibət bildirib.
“Mən Qazaxıstandakı vəziyyətdən çox narahatam. Baş verən zorakılığı pisləyirəm və gərginliyin tezliklə azaldılmasına ümid edirəm. Vətəndaşların hüquqları və təhlükəsizliyi qorunmalıdır. Bizim hamımızın qlobal sabitliyə, sülh və təhlükəsizliyin möhkəmlənməsinə ehtiyacımız var.
Xatırladaq ki, Qazaxıstan hakimiyyəti yanvarın 4-də maye qazın qiymətinin əhəmiyyətli dərəcədə artdığını bəyan etmişdi və bunun ardınca ölkədə etiraz aksiyaları keçirilir. Qazaxıstan prezidenti Kaşim-Jomart Tokayev genişmiqyaslı nümayişlər fonunda istefa məktubu imzalayıb. Buna baxmayaraq, ölkədə etirazlar səngimir.


