10 
Yan
2022
12:10
683

Baş nazir: "Növbəti üç il ərzində seçki olmayacaq, siyasi vəziyyət xeyli yaxşılaşıb"

"Növbəti üç il ərzində seçki olmayacaq, siyasi vəziyyət xeyli yaxşılaşıb və sabitləşib. İndi işləməliyik - iş, iş və iş. Sadəcə olaraq, iş haqqında düşünüb əhaliyə mümkün qədər kömək etməliyik".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumət iclasında bildirib.

Onun sözlərinə görə, bu il hökumətin əsas vəzifəsi iş yerlərinin yaradılması olacaq.

“Bizim əsas vəzifəmiz yoxsulluğun azaldılması və iş yerlərinin yaradılmasıdır. Mənim təşəbbüsümlə ictimai iş yerlərinin yaradılması təşəbbüsü üzrə işə başladıq. Levan Davitaşvilinin rəhbərlik etdiyi qrup Avropaya getməlidir. Bir neçə ölkə nümunəsi hazırlanıb və biz bu layihəyə yanvar ayından başlayırıq. On minlərlə yeni iş yeri açacağıq. Mövcud sosial siyasəti dəyişmək və əhali üçün iş yerləri yaratmaq, yoxsulluğu azaltmaq lazımdır. Bu il bizim əsas narahatlığımız bu olmalıdır”, - İrakli Ğaribaşvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər